Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur.
Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu.
Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm.
Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam.
Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam.
Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.